“Yaşıl Vətən, yaşıl dünya” adlı tədbir-sərgidə iştirak edilib
7 Noyabr 2024 18:06

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 çərçivəsində təşkil edilmiş “Yaşıl Vətən, yaşıl dünya” adlı tədbir-sərgidə iştirak ediblər.
Sərgidə rəngkarlıq, dəzgah grafikası, plakatlar və qobelen kimi 40-dan çox əsər nümayiş olunub. Bu əsərlərdə Azərbaycan xalqının öz Vətəninə məhəbbəti, zəngin və rəngarəng təbiətimiz aydın şəkildə əks olunub. Sərginin bədii hissəsində Bülbül adına tam orta musiqi məktəbinin şagirdləri canlı ifaları ilə çıxış ediblər.
Son XƏBƏRLƏR
18.10.2026 | 17:20
Bakı Zooloji Parkında mühazirə və məşğələ dərsləri keçirilib
01.10.2026 | 15:19
Praktiki seminar keçirilib
08.07.2026 | 15:57
Elmi seminar keçirilib
19.06.2026 | 14:59
Elmi-tədqiqat işləri həyata keçirilib
05.06.2026 | 16:06