Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsinin Həmkarlar İttifaqı Komitəsi 21.11.2011-ci tarixindən fəaliyyət göstərir.
Ekologiya və torpaqşünaslıq fakültəsi Həmkarlar İttifaqı Komitəsi üzvlərinin sayı 70-ə yaxındır. HİK-in İdarə Heyətinə 7 nəfər daxildir. Fakültə Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyətinə 2011-2019-cu illərdə dosent Akif Ağbabalı, 2019-2024-cü illərdə Fidan Qasımlı rəhbərlik etmişdir, 2024-cü ildən isə dosent Qoşqar Məmmədov rəhbərlik edir.
Fakültə HİK-in çoxşaxəli fəaliyyətinə əməkdaşlar üçün ictimai iaşənin keyfiyyətli və sərfəli qiymətlərlə təminatı, əmək hüquqlarının müdafiəsi, əmək intizamının möhkəmləndirilməsi, diqqət və qayğı göstərilməsi, onların sağlamlığının qorunması, müxtəlif kompensasiyaların ödənilməsi, iş və istirahət günlərinin tənzimlənməsi və təşkili kimi vəzifələr də daxildir. HİK, həmçinin əməyin mühafizəsinə dair norma və qaydaların tələblərinin yerinə yetirilməsini, əmək qanunvericiliyinə əməl edilməsini də diqqət və nəzarətdə saxlayır.
HİK əməkdaşların sosial, hüquqi, mənəvi mənafelərini müdafiə etməklə yanaşı, həmçinin Bakı Dövlət Universitetinin və Ekologiya və torpaqşünaslıq fakültəsinin ictimai həyatında da fəal iştirak edir. Mədəni-kütləvi tədbirlər, yubiley mərasimləri, iməciliklər, ekskursiyalar, müsabiqə və turnirlər təşkil edir. HİK əmək prosesində işçilərin ümumi mənafeyini qorumaqla yanaşı, öz üzvlərinin həyat və əmək şəraitinin yaxşılaşdırılması, onların maddi durumlarının yüksəldilməsi, tədris müəssisəsində və kənarda mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində də yaxından iştirak edir. Təşkilatın qarşısında duran mühüm vəzifələrdən biri də fakultənin əməkdaşlarının ictimai həyata, təsərrüfat fəaliyyətinə cəlb olunması, təlim-tərbiyə və təhsil prosesində onların potensialından geniş istifadə edilməsidir.