BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində hazırda 800-dən yuxarı bakalavr, 100 nəfərə yaxın magistrant təhsil alır, 8 doktorant, 4 elmlər doktoru proqramları üzrə dissertasiya üzərində çalışır. 1 xarici ölkə vətəndaşı fəlsəfə doktoru ixtisası üzrə öz təhsilini davam etdirir.
Fakültədə tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır.
Fakültə TEC-in fəaliyyətinə aşağıdakılar daxildir:
• Tələbələrin elmi fəaliyyətə marağının artırılması ilə bağlı tədbirlər
• Intellektual oyunların təşkili
• Fakültədaxili olimpiada yarışlarının keçirilməsi
• Əlaçı və yaxşı oxuyan tələbələrin öz istəklərinə uyğun kafedralara istiqamətləndirilməsi
• Elmi seminar və konfransların təşkili, fəal tələbələrin bu konfranslarda iştirakının təmini
Fakültə TEC-in işi gücləndirilmişdir. Elmi işə marağı olan tələbələr öz arzularına uyğun kafedralara təhkim olunmuşlar. Vaxtaşırı onların seminarlarda və elmi konfranslarda məruzələri dinlənilir.
TEC mütəmadi olaraq tələbələrin elmi diskussiyaya cəlb edilməsində mühüm rol oynayan elmi seminarlar təşkil edir. Bu seminarlarda tələbələr elmi mövzular ətrafında fikir mübadiləsi aparır, yeni ədəbiyyatlarla, elmi məqalələrlə tanış olurlar.
TEC dekanlığa yaxından köməklik göstərir. Müxtəlif konfranslar, tədbirlərdə TEC üzvləri aktiv şəkildə fəaliyyət göstərməkdədir.
Tələbə Elmi Cəmiyyətinin qeydiyyat formu
Fakültə Tələbə Elmi Cəmiyyətinin heyəti:
Sədr: Hacəliyeva Günel Qəhrəman qızı
Sədr müavini: Rəhimli Sonaxanım Vüsal qızı
Fakültə Tələbə Elmi Cəmiyyətinin idarə heyəti:
- Mirzəyeva Xaliqə Azər qızı
- Mehdiyeva Ülkər Məmməd qızı
- Məmmədov Hüseyn İmam oğlu
- Quluzadə Rüstəm Şücaət oğlu
- Hüseynzadə Tahirə Şəyavuş qızı
- Vəliyeva Səma Məhəmməd qızı
- Mustafayeva Svetlana Ramiz qızı