Mübadilə proqramları

         

Bakı Dövlət Universiteti ERASMUS+Proqramı çərçivəsində Roma Sapienza Universitetinin  kordinatorluğu ilə həyat keçiriləcək “Azərbaycanda Fövqəladə Ekoloji Vəziyyətin Həllinə Yönəlmiş 3-cü Pillə Ali Təhsilə Dəstək Məqsədilə Yaradılan İnnovativ Təlim Mərkəzi / ITACA” layihəsi çərçivəsində Ekologiya və torpaqşunaslıq fakültəsinin doktorantı Mədinə Nəbiyeva  İspaniya Krallığının Granada Universitetində 3 aylıq təcrübə tədqiqat praktikasında olacaq.

Məlum olduğu kimi, Azərbaycanda mövcud ali təhsil sistemində PhD kurslarından fərqli olan magistraturadan sonrakı dövrü əhatə edən bir illik tədris mövcud deyil, halbuki Avropa Birliyində, xüsusilə ekologiya və ətraf mühit elmləri, mühəndislik sahəsində bu cür təhsilin uğurlu olduğu sübut edilib. Universitetlər və sənaye sahələri arasında körpü rolu oynayan bu yeni təhsil növü tədrisin keyfiyyətinə, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində yaranan problemlərin həllinə kömək edə bilər. Layihə çərçivəsində Avropa universitetlərinin təcrübəsinə əsaslanaraq yerli ali təhsil sisteminin modernləşməsinə imkan verən innovativ tədris metodologiyası, ətraf mühitin bərpası və tullantıların idarə olunması sahəsində yeni qabaqcıl texnologiyalar tətbiq ediləcək və öyrədiləcək.

2019-2023-ci illəri əhatə edən layihə İtaliyanın La Sapienza Universitetinin koordinatorluğu ilə reallaşdırılır. Eyni zamanda layihə Danimarkanın Aalborg, İspaniyanın Qranada, Yunanıstanın Patras universitetləri, Almaniyanın "Argus Umweltbiotechnologie GmbH" şirkəti, eləcə də Bakı Ali Neft Məktəbi, Azərbaycan Memarlıq və İnşaat, Bakı Mühəndislik və Bakı Dövlət universitetləri tərəfindən həyata keçirilir.

Fakültəmizin Ekoloji Kimya ixtisası üzrə fəlsəfə doktoru programında əyani təhsil alan Nəbiyeva Mədinə layihənin ölkədaxili mərhələsində 6ay müddətində yerli və xarici professorların seminarlarında iştirak etmiş, müxtəlif müəssisələrdə təlimlər keçmiş və əldə edilən nəzəri və praktiki biliklərdən imtahan olunaraq İspaniyanın Qranada Universitetində mart-iyun aylarında “Çirkli suların ekoloji effektiv təmizlənməsi” istiqamətində tədqiqat aparmaq hüququ qazanmışdır.

Qeyd edək ki, layihənin hədəfi tam ali təhsilli kadrların əmək bazarına daxil olmasına yeni imkanlar yaratmaq, yerli şirkətlərdə çalışan texniki işçilərin əmək və rəqabət qabiliyyətlərinin artırılmasına töhfə vermək, eləcə də neft-qaz hasilatı nəticəsində mənfi təsirlərə məruz qalan torpaq və suyun təmizlənməsi, tullantıların idarə olunması sahəsində ali təhsilin, məşğulluğun, sahibkarlıq qabiliyyətinin yaxşılaşdırılmasıdır.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 1-ci mərtəbə, 2 otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 510-57-60 / (+99412) 538-62-26 / (+99412) 537-23-83 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət