“Yaşıl düşüncə” adlı Kahoot intellektual bilik yarışması

Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Yaşıl düşüncə” adlı Kahoot intellektual bilik yarışması keçirilib.
Yarışda universitetin Ekologiya və torpaqşünaslıq, Jurnalistika, Fizika və Tarix fakültələrindən olan tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı açaraq tələbələrə uğurlar arzulayıb və bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb. Daha sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Raul İmanov çıxış edərək Kahoot tətbiqi barədə ətraflı məlumat verib, yarışın qaydalarını və məqsədini iştirakçılara təqdim edib.
Yarış boyu komandalar ekologiya və ətraf mühitin mühafizəsi sahəsində olan suallara cavab verərək öz bilik və çevik düşünmə qabiliyyətlərini nümayiş etdiriblər.
Maraqlı və gərgin mübarizənin sonunda “Evrika” komandası yarışmanın qalibi adını qazanıb. Qalib komandanın üzvlərinə sertifikatlar verilib