YAP Yasamal rayon təşkilatında görüş keçirilib.
7 Oktyabr 2022 14:30
YAP Yasamal rayon təşkilatında Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin 1-ci kursuna qəbul olunmuş tələbələri ilə görüş keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon “Z.Xəlilov küç.23” (BDU) üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, Bakı Dövlət Universiteitnin Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, dosent Akif Ağbabalı və Şəhid atası Bağı Hüseynov iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsindən danışıb. Vurğulayıb ki, həyatımızın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. 2005-2009, 2011-2015 və 2017-2021-ci illəri əhatə edən “Azərbaycan Gəncliyi” Dövlət Proqramları müvəffəqiyyətlə həyata keçirilib. Hazırda “2015-2025-ci illərdə Azərbaycan gəncliyinin İnkişaf Strategiyası” uğurla həyata keçirilir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirak edirlər. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, hümanitar sahələr üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə sabitliyin və inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Cənab Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Cənab Prezident İlham Əliyevin bütün çağrışlarına cavab verən Azərbaycan gəncliyi bunu İkinci Qarabağ müharibəsi zamanı sübut etdi.
Tədbirdə çıxış edən YAP Yasamal rayon “Z.Xəlilov küç.23” (BDU) üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov bildirib ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ulu öndər Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndər Heydər Əliyevin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib. Bu gün Azərbaycan gəncliyi yüksək vətənpərvərliyə və vətəndaşlıq şüuruna malik, millətin milli-mənəvi və mədəni dəyərləri ruhunda yetişdirilməkdədir və bunun ən bariz təsdiqi 44 günlük Vətən müharibəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcək də uğurla inkişaf edərək vətənimizə böyük töfhələr verəcəkdir.
Çıxış edən Bakı Dövlət Universiteitnin Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, dosent Akif Ağbabalı söyləyib ki, cəmiyyəti inkişafa aparan yeni ideyalar və onları reallığa çevirmək üçün tükənməz güc, enerji, adətən gənclərdən gəlir. Dövlət başçısı İlham Əliyev ölkənin mənafeyi, xalqımızın rifahı naminə gənclərin potensialından tam və düzgün istifadə edilməsini bu sahə üzrə əsas vəzifə hesab edir. Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərin yaradılan imkanlardan istifadə edərək qazandıqları uğurlardan danışıb. Qeyd edib ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirirlər. Tarixi Zəfər digər amillərlə bərabər, həm də Azərbaycanda düzgün gənclər siyasəti aparılmasının iftixar doğuran nəticəsidir.
Sonda çıxış edən Şəhid atası Bağı Hüseynov ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazır olmağa çağırır.
Son XƏBƏRLƏR
19.11.2024 | 20:37
"Azərbaycan müəllimi" qəzetinə müsahibə verilib
16.11.2024 | 16:47
“Seaspiracy” sənədli filminin nümayişində iştirak edilib
16.11.2024 | 16:35
“Uşaqların sağlamlığı naminə təmiz hava” adlı tədbirdə iştirak edilib
07.11.2024 | 18:06
“Yaşıl Vətən, yaşıl dünya” adlı tədbir-sərgidə iştirak edilib
07.11.2024 | 15:03