Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilmiş, Şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi a.e.ü.f.d. Qismət Xanbabayev və II kurs tələbəsi Şəhla Abdullayeva Xocalı soyqırımının başvermə səbəbləri və onun doğurduğu ağır nəticələr, bu qanlı aksiyaya hüquqi-siyasi qiymətin verilməsi və onun dünya ictimaiyyətinə layiqincə çatdırılması istiqamətində görülən mühüm işlərdən söz açıblar. Xalqımıza qarşı erməni vəhşiliyinin tarixi dövrlər üzrə baş verməsini sistemli şəkildə izah edərək, Qanlı Xocalı faciəsinin bunun ən dəhşətlisi olduğu bildiriblər.
Tədbirin sonunda II kurs tələbəsi Dəniz Zeynallı tərəfindən Xocalı faciəsinə həsr olunmuş “Xocalı” şeiri səsləndirilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!