Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
26 Fevral 2024 20:28
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə Dövlət himni səsləndirilib, Şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə ilk öncə çıxış edən III kurs tələbəsi Hüseyn Məmmədov qeyd etdi ki, xalqımızın və bəşəriyyətin tarixinə qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından 32 il keçir. Mənfur qonşumuz olan ermənilər xalqımıza qarşı xüsusi qəddarlıqla və böyük amansızlıqla Xocalı qətliamını törədiblər. Biz gənclər bu qanlı hadisənin qurbanlarını unutmamalı, daim xatırlatmalı və faciədən zərər çəkənlərə daim diqqət və qayğımızı əsirgəməməliyik.
Daha sonra çıxış edən Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi Qismət Xanbabayev xalqımıza qarşı erməni vəhşiliyinin tarixi dövrlər üzrə baş verməsini sistemli şəkildə izah edərək, Qanlı Xocalı faciəsinin bunun ən dəhşətlisi olduğu bildirdi. Mənfur erməni xislətinin qonşuluqda olduğundan daima bizi narahat edəcəyini vurğulayaraq bildirdi ki, bizlər bütün sahələrdə daha da güclü olmalıyıq.
Tədbirin sonunda Xocalı Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Son XƏBƏRLƏR
19.11.2024 | 20:37
"Azərbaycan müəllimi" qəzetinə müsahibə verilib
16.11.2024 | 16:47
“Seaspiracy” sənədli filminin nümayişində iştirak edilib
16.11.2024 | 16:35
“Uşaqların sağlamlığı naminə təmiz hava” adlı tədbirdə iştirak edilib
07.11.2024 | 18:06
“Yaşıl Vətən, yaşıl dünya” adlı tədbir-sərgidə iştirak edilib
07.11.2024 | 15:03