Torpaqşünasların Beynəlxalq Elmi Konqressi keçirilmişdir
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin kollektivi 21-23 iyun 2023-cü il tarixlərində Bakı Dövlət Universitetinində tərəfdaş olduğu Azərbaycanın ev sahibliyi etdiyi, Azərbaycan Torpaqşünaslar Cəmiyyəti və Avrasiya Torpaqşünaslar Cəmiyyəti Federasiyası ilə birgə təşkil etdiyi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İqlim Dəyişiklikləri və Davamlı Torpaq İdarəetməsi” mövzusunda Torpaqşünasların Beynəlxalq Elmi Konqressinin rəsmi açılış, plenar iclas və seksiyalar üzrə çıxışlarında geniş tərkibdə iştirak etmişlər.
Konqresin açılışında Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müdiri, Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin sədri akademik Qərib Məmmədov məruzə ilə çıxış etmişdir. Konqres öz fəaliyyətini üç gün ərzində II Bölmə üzrə davam etdirəcəkdir. Konqresdə bölmələrində BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyətinin, doktorant və gənc tədiqatçılarının 20-dək məruzəsi dinləniləcəkdir.
Konqresdə 10-dan çox ölkənin 40-a yaxın tanınmış alimi və nümayəndə heyəti, universitet rektorları və elmi müəssisə direktorları, həmçinin ölkədaxili aidiyyatı qrumların rəhbər şəxsləri iştirak edir. Konqresin bağlanışı 23 iyun 2023-cü il tarixində olacaqdır.