THİK-in fakültə üzrə yeni sədri seçilib
Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (BDU THİK) Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə yeni sədri seçilmişdir. Tələbələrlə görüş zamanı Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev öz çıxışlarında tələbələrin təhsil almaları ilə yanaşı, həmçinin tələbə təşkilatlarında iştirakı onların bilik, bacarıq və şəxsi inkişaflarının yüksəlməsinə səbəb olacağını bildirdilər. İclasın sonunda açıq səsvermə yolu ilə Ekologiya ixtisası, III kurs tələbəsi Rəvan Əliyev Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə THİK-sinin yeni sədri seçilmişdir.