Biomüxtəlifliyik və təbii resursları mövzusunda tədbir
13 Oktyabr 2023 18:08

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzurun biomüxtəlifliyi və təbii resursları mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Ekologiya və torpaqşünaslıq fakültəsinin TGT sədri Bayram Əlizadə açaraq sözü Coğrafi ekologiya kafedrasının professoru Telman Xəlilova vermişdir. O, öz çıxışında Qarabağ və Şərqi Zəngəzurun fauna və florasından, meşə örtüyünün özünəməxsusluğundan, relyefinin forması və yaranma mənşəyindən, bol və müalicəvi su resurslarından, zəngin mineral və faydalı qazıntı ehtiyyatlarından ətraflı məlumat vermişdir. Həmçinin, tələbələri gələcəkdə şəhidlərimizin canı, qazilərimizin qanı, millətimizin həmrəyliyi və ölkə rəhbərliyinin düzgün siyasəti nəticəsində əldə edilmiş tarixi qələbəni və gözəl vətənimizi daima qorumağa və inkişaf etdirməyə çağırdı. Daha sonra tələbələrdən Səidə Rəhimli və Aysun Məmmədova Qarabağ və Şərqi Zəngəzurun biomüxtəlifliyinin rəngarəngliyini əks etdirən məruzələri ilə çıxış etmişlər.
Son XƏBƏRLƏR
19.12.2025 | 19:54
“Xəmsə” intellektual yarışı keçirilib
15.12.2025 | 16:55
Xüsusi elmi seminar keçirilib
10.12.2025 | 14:57
“Heydər Əliyev-Qəlbimizdə yaşayan irs, yolumuza işıq tutan ad” mövzusunda tədbir keçirilib
08.12.2025 | 16:59
Elmi seminar keçirilmişdir
05.12.2025 | 15:01