Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna səfər edilmişdir
14 Aprel 2022 16:29

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayevin iştirakı ilə fakültənin I, II və III kurs tələbələri Azərbaycan Respulikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna səfər etmişlər. Müəllim-tələbə heyəti İnstitutun İstixana tərəvəzçiliyi şöbəsi, Funksional analizlər, Emal, saxlanma və keyfiyyət, Aqrobiotexnologiya, Bitki mühafizəsi laboratoriyaları və müasir tipli istixana kompleksi ilə tanış olmuşlar.
İnstitutun mütəxəssisləri tərəfindən qonaqlara İnstitutda olan müasir cihaz və avadanlıqlar, onların iş prinsipləri haqqında geniş məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Həmçinin gələcəkdəki əməkdaşlıqlar barədə ilkin fikir müzakirəsi aparılmışdır.
Son XƏBƏRLƏR
22.04.2026 | 15:31
22 Aprel – “Beynəlxalq Yer Günü”
22.04.2026 | 14:33
Maarifləndirici tədbir keçirilib
17.04.2026 | 15:35
Elmi seminar keçirilib
31.03.2026 | 16:33
“31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”
18.03.2026 | 16:31