Tələbələrimizin layihəsi qalib olmuşdur
6 Fevral 2024 15:44

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri Nicat Həsənov və Fidan Qəniyevanın rəhbəri olduqları “Ekonəfəs” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondu və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə şəbəkələşmə görüşünün qalibi olmuşdur.
Görüşdə gənclər "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirmək istədikləri layihələri komanda şəklində ekspertlərə təqdim ediblər. BDU tələbələrinin rəhbəri olduqları "Ekonəfəs" komandası layihə təklifi vermiş 8 komanda arasında I yeri qazanıb və 3000 manat dəyərində mükafat əldə ediblər.
"Ekologiyaya nəfəs ol!" şüarı altında keçiriləcək layihənin əsas məqsədi gənclərdə ekoloji savadlılığın artırılmasıdır.
Tələbələrimizi ürəkdən təbrik edir, yeni yeni uğurlar arzulayırıq!
Son XƏBƏRLƏR
18.10.2026 | 17:20
Bakı Zooloji Parkında mühazirə və məşğələ dərsləri keçirilib
01.10.2026 | 15:19
Praktiki seminar keçirilib
08.07.2026 | 15:57
Elmi seminar keçirilib
19.06.2026 | 14:59
Elmi-tədqiqat işləri həyata keçirilib
05.06.2026 | 16:06