Tələbələrimiz Bakı Marafonunda aktiv iştirak ediblər

Ekologiya və torpaqşünaslıq fakültəsinin bir qrup tələbələri may ayının 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında doqquzuncu dəfə keçirilən Bakı Marafonunda aktiv iştirak edərək 42 kilometrlik tam məsafəni uğurla qət edənlərdən olublar.
Marafonun start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə Sea Breeze ərazisi olub. 42 kilometrlik məsafəni əhatə edən Bakı Marafonu aşağıdakı marşrut üzrə keçirilib: Dövlət Bayrağı Meydanı → Dənizkənarı Bulvar → Bakı Dəniz Vağzalı → Neftçilər prospekti → Bakı Ağ şəhər Bulvarı → 8 Noyabr prospekti → Yusif Səfərov küçəsi → Sevgi Parkı → Heydər Əliyev Prospekti → BAKU Arena → Böyük İpək Yolu küçəsi → Müzəffər Nərimanov küçəsi → Ziya Bünyadov Prospekti → Böyükşor küçəsi → Böyükşor körpüsü → Balaxanı dairəsi → Böyükşor–Pirşağı yolu → Bakı Dairəvi Yolu (Bilgəh–Pirşağı şosesi) → Sea Bre
Tələbələrimizi təbrik edir, sağlam həyat tərzi uğrunda fəaliyyətlərini alqışlayırıq!