Tələbə Elmi Cəmiyyətinin seminarı keçirilmişdir
Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilmişdir.
Fakültənin II kurs tələbəsi Mədinə Mirzəyeva "Buğdanın becərilmə texnologiyası və rast gəlinən xəstəliklər” mövzusunda təqdimatla çıxış edib. O, əvvəlcə buğdanın sələfləri haqqında məlumat verib. Bildirib ki, sələfdən sonra torpaq becərilməli, aqrotexniki qulluqlar göstərilməli və suvarılmalıdır. Daha sonra o buğda xəstəliklərinin növləri və onlara qarşı mübarizə tədbirləri haqqında məlumar verdi. Alaq otlarına qarşı mübarizə tədbirləri, onlara qarşı herbisidlərin necə istifadə olunması, eyni zamanda məhsuldarlığın yüksəldilməsi üçün buğdanın inkişaf fazalarının ayrı-ayrı mərhələlərində tələbatına uyğun su və qida ehtiyatlarının ödənilməsi düzgün aparılmalıdır. Məhsulun vaxtında itkisiz yığılması da həm xəstəliklərə qarşı həmdə keyfiyyətin saxlanılmasında mühüm rol oynayır.
Yekunda buğdanın məhsuldarlığının artırılması üçün xəstəliyədavamlı sortların alınması, həmçinin təbii mühit üçün təhlükəsiz olan pestisidlərdən istifadənin vacibliyi vurğulanmışdır.
Fakültənin III kurs tələbəsi Mahir Məmmədov "Kosmik mühitin çirklənməsi" mövzusunda təqdimatla çıxış edib. O, əvvəlcə kosmik mühitin çirklənmə yolları haqda məlumat verib. Bildirilib ki, kosmik tullantıların sayı ildən ilə çoxalır və bu gələcəkdə ətraf mühit üçün böyük təhlükə ola bilər. Kosmik tullantıların mövcud kosmik avadanlıqlara, yerdə yaşayan canlılara təsiri haqqında məlumat verildi. Seminarda Kessler sindromu və onun nəticələri barədə məlumat verilib.
Sonra nəticə olaraq kosmik fəzanın tullantılardan təmizlənməsi və tullantıların utilizasiyası yolları əsaslandırılmışdır.