TEC-in növbəti seminarı keçirilmişdir
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilmişdir.
Ekoloji kimya kafedrası üzrə k.ü.f.d. Hədiyyə Hacıyevanın elmi rəhbərliyilə IV kurs tələbəsi Banu Hüseynova “Ekoloji təmiz qidaların insan orqanizmində rolu” və Bioekologiya kafedrası üzrə b.ü.f.d. Səbinə Cəfərzadənin elmi rəhbərliyilə III kurs tələbəsi Nigar İsgəndərova “Ceyranlar və onların Qafqazdakı arealı” mövzularında çıxış etmişlər. Tələbələr ilk öncə mövzunun hazırlanmasının laboratoriya və çöl tədqiqatlarını əks etdirən videoçarxı, daha sonra isə öz çıxışlarını tədqim etmişlər. Çıxışlar maraqla qarşılanmış və çox saylı suallar tələbələr tərəfindən cavablandırılmışdır. Sonda iştirakçı tələbələrə sertifikat və kafedraların kitab hədiyyəsi təqdim edilmişdir.