Sağlamlıq və Çirklənmə Fəaliyyət Planında iştirak
Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova və Ekoloji kimya kafedrasının dosenti Təranə Əliyeva 6 may 2022-ci il tarixində Xəzər Universitetində GAHP (Gobal Alliance on Health and Pollution) tərəfindən Azərbaycan Respublikasında həyata keçirilən “Sağlamlıq və Çirklənmə Fəaliyyət Planı (HPAP - Health and Pollution Action Plan) layihəsinin müzakirəsində iştirak etmişlər.
Seminarda HPAP-ın eksperti Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov tərəfindən müzakirə üçün 4 layihə təqdim edilmişdir: 1. Kənd yerlərində köhnə pestisid mənbələrindən çirklənmənin azaldılması və yeni pestisidlərin idarəedilməsi sxemlərinin yaradılması; 2. Bakı və Sumqayıt şəhərlərində havanın keyfiyyətinin yaxşılaşdırılması; 3.Abşeron yarımadasının neftlə çirklənmiş sahələrinin yaxşılaşdırılması; 4.Azərbaycanda qurğuşunla çirklənmənin azaldılması üçün yol xəritəsinin hazırlanması. Təqdim olunan layihələrin qiymətləndirilməsi aparılmış, zəif cəhətləri aşkar edilmiş, təkmilləşdirilməsi üzrə təkliflər verilmişdir.