Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyinə ekskursiya
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələr Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyinə ekskursiya ediblər.
Ekskursiya zamanı tələbələr kənd təsərrüfatının keçmişi və bu günü ilə yaxından tanış olublar.
Muzeyin əməkdaşlarının izahatı ilə tələbələr kənd təsərrüfatının tarixi inkişafı, aqrotexniki vasitələr, ənənəvi təsərrüfat üsulları, qədim və müasir kənd təsərrüfatı texnologiyaları haqqında ətraflı məlumat əldə ediblər. Eyni zamanda, ölkəmizdə kənd təsərrüfatının inkişafında mühüm rol oynayan irqlər, bitki növləri, suvarma sistemləri və digər vacib sahələr də öyrənilib.
Ekskursiya tələbələrə kənd təsərrüfatı sahəsində yeni biliklər qazandırmaqla yanaşı, Azərbaycanda aqrar elmin tarixi və inkişafı mərhələlərini öyrənməyə imkan yaradıb.