“Qarabağın təbiəti və coğrafi mövqeyi” mövzusunda tədbir keçirilmişdir
Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq və Coğrafiya fakültələrinin BDU Könüllülərinin birgə təşkilatçılığı ilə “Qarabağın təbiəti və coğrafi mövqeyi” mövzusunda tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlamışdır.
İlk öncə Ekologiya və torpaqşünaslıq fakültəsinin baş müəllimi a.ü.f.d. Qismət Xanbabayev Qarabağın tarixi, füsunkar təbiəti və zəngin təbii ehtiyatları haqqında geniş məlumat vermişdir. Daha sonra Coğrafiya fakültəsinin müəllimi Eltac Cəbiyev Qarabağın turizm potensialı ilə bağlı geniş məlumat vermişdir. Həmçinin, Ekologiya və torpaqşünaslıq fakültəsinin II kurs tələbəsi Xəyal Əsədov “Qarabağın təbiəti” və Coğrafiya fakultəsinin I kurs tələbəsi Varis Əhmədli “Qarabağın coğrafi mövqeyi” mövzularında təqdimatla çıxış etmişlər.