Qarabağ və Şərqi Zəngəzurun ekoturizmi mövzusunda tədbir keçirilmişdir
27 Oktyabr 2023 15:57
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzurun ekoturizmi mövzusunda tədbir keçirilmişdir.
Ekologiya və torpaqşünaslıq fakültəsinin TGT sədri Bayram Əlizadə tədbiri açmış, daha sonra Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti Azər Cəfərov ilk öncə ekoturizmin yaranmasının tarixi zəruriliyindən, hal hazırda dünya üzrə bu sahənin sürətlə populyarlaşmasından və inkişaf perspektivini ümumi təhlil etmişdir. O, həmçinin Qarabağ və Şərqi Zəngəzurun olduqca zəngin biomüxtəlifliyi, təbii resursları, qədim və xarakterik adət ənənəsi və tarix memarlıq abidələrinin yaratdığı imkanlardan irəli gələrək gələcəkdə səmərəli ekoturizmin təşkilinin istiqamətlərini sistemli təhlil etmişdir. Tədbir I kurs tələbələri Aysu Məmmədova və Xanım Şəbizadənin çıxışları ilə davam etmişdir.
Son XƏBƏRLƏR
30.08.2024 | 11:46
Fakültənin professoru vəfat edib
09.08.2024 | 13:14
4 ixtisas üzrə qəbul aparılır
22.07.2024 | 19:09
"Şəhər kadastrı" ixtisaslaşması üzrə mütəxəssislər hazırlanacaq
19.07.2024 | 16:12
“Ekologiya mühəndisliyi” ixtisası üzrə kadr hazırlanacaq
14.06.2024 | 21:12