Ekosid mövzusunda tədbir keçirilib
12 Oktyabr 2023 22:18
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzurda Ekosid mövzusunda tədbir keçirilib.
Tədbirdə ilk öncə Dövlət Himni səsləndirilmiş və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ekologiya və torpaqşünaslıq fakültəsinin THİK sədri Rəvan Əliyev tədbiri açıb, daha sonra Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti Azər Cəfərov erməni vandallarının Qarabağ və Şərqi Zəngəzurda ətraf mühitə və biomüxtəlifliyə qarşı törətdikləri ekoloji terrorlar barədə ətraflı məlumat verib. Həmçinin, Qarabağ və Şərqi Zəngəzurda hal hazırda qurulan alternativ enerji sistemlərindən, ağıllı yaşayış məntəqələri modellərindən və yaşıl iqtisadiyyatın prinsiplərinin üstünlüklərindən bəhs edib. Daha sonra tələbələrdən Aytac Mansurova və Nigar İsgəndərova həmçinin çıxışlarında erməni vəhşiliyinin insanlarımızla yanaşı təbiətimizə də vurduqları ziyanlar barədə çıxış ediblər.
!!! Ekosid — əsasən hərbi münaqişə zamanı canlı orqanizmlərin, ilk növbədə insanın yaşadığı mühiti dağıtmaq üçün insan tərəfindən qərəzli istifadə edilən kimyəvi və digər vasitələr.
Son XƏBƏRLƏR
19.11.2024 | 20:37
"Azərbaycan müəllimi" qəzetinə müsahibə verilib
16.11.2024 | 16:47
“Seaspiracy” sənədli filminin nümayişində iştirak edilib
16.11.2024 | 16:35
“Uşaqların sağlamlığı naminə təmiz hava” adlı tədbirdə iştirak edilib
07.11.2024 | 18:06
“Yaşıl Vətən, yaşıl dünya” adlı tədbir-sərgidə iştirak edilib
07.11.2024 | 15:03