"Qafqaz geoparkları şəbəkəsi: Azərbaycanda geoparkların yaradılması imkanları" proqramının ikinci koordinasiya tədbirində iştirak edilib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültələrinin Ekoloji kimya kafedrasının dosenti Təranə Əliyeva və Coğrafi ekologiya kafedrasının müdiri Məhluqə Yusifova Qafqazda ətraf mühit sahəsində qeyri-hökumət təşkilatları şəbəkəsinin (CENN) Şabran rayonunda təşkil etdiyi "Qafqaz geoparkları şəbəkəsi: Azərbaycanda geoparkların yaradılması imkanları" proqramının ikinci koordinasiya tədbirində iştirak ediblər.
Tədbir dövlət, özəl, sənaye və təhsil sahələrindən olan mütəxəssislərin iştirakı ilə müzakirələrdə davam etdirilib, geoparkların təşkili ilə bağlı İşçi qrupun yaradılmasına dair qərar qəbul olunub. Komissiyanın qərarı ilə Ekoloji kimya kafedrasının dosenti Təranə Əliyeva İşçi qrupun tərkibinə daxil edilib.