NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLİB
17 Oktyabr 2023 18:38
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Bioekologiya kafedrasının doktorantı Adama Togolanın “Mali Respublikası Faya meşəsinin müasir təbii-ekoloji vəziyyətinin tədqiqi” mövzusunda məruzəsi dinlənilib.
Faya meşəsinin təbii-ekoloji şəraitinin (coğrafi mövqeyi, relyefi, geologiyası, iqlimi, hidrologiyası, florası və faunası, torpaq örtüyü və landşaftları) kameral və çöl tədqiqatlarının nəticələri əsasında təhlili verilmişdir. Ümumi sahəsi 79964 ha olan Faya meşəsi ərazisində 37,374 hektar və ya ümumi meşə sahəsinin 46,72% -ni tutan kollu savannaların üstünlük təşkil etdiyi, 2-ci yerdə seyrək ağaclı savannalar 9594 ha (12%) gəldiyi, otlu savannalar və çəmənliklər 8770 ha (11%) təşkil etdiyi müəyyən edilmişdir. Ağaclı savannalar 6250 hektar ərazini (7,81%), yenidən salınmış meşəliklər ərazinin 5,65% (4531,08 ha) təşkil edir. Faya meşəsində 30 il ərzində (1990-2020) təbii və antropogen təsir nəticəsində baş verən dəyişikliklərin səviyyəsi müəyyən edilmişdir. Landsat5 (1990) və Landsat8 (2020) əsasında tərtib edilmiş xəritələrə əsasən qalereya meşələrinin sahəsinin 58,96%, seyrək meşəliklərin - 18,52%, savannaların - 37,21%, ağaclı savannaların sahəsinin 40,85% azalmış, kollu savannaların sahəsi 76,21%, otlu savannaların sahəsi isə 68,75% artmışdır. Faya meşəsinə olan əsas antropogen təsirlərin enerji ehtiyatlarının olmaması səbəbindən oduncaq tədarükü, əkinçilik və heyvandarlığın inkişafı, ağacların tikinti materialı kimi istifadəsi və s. olduğu müəyyən edilmişdir.
Sonra seminar iştirakçılarının çoxsaylı sualları cavablandırıldı.
Son XƏBƏRLƏR
19.11.2024 | 20:37
"Azərbaycan müəllimi" qəzetinə müsahibə verilib
16.11.2024 | 16:47
“Seaspiracy” sənədli filminin nümayişində iştirak edilib
16.11.2024 | 16:35
“Uşaqların sağlamlığı naminə təmiz hava” adlı tədbirdə iştirak edilib
07.11.2024 | 18:06
“Yaşıl Vətən, yaşıl dünya” adlı tədbir-sərgidə iştirak edilib
07.11.2024 | 15:03