Növbəti elmi seminar keçirilib
10 Oktyabr 2023 16:09
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilib.
Seminarda Bioekologiya kafedrasının doktorantı Şəfəq Bağırovanın “Abşeron şəraitində Şərqi Asiya mənşəli ağac və kol bitkilərinin introduksiyasının elmi əsasları” mövzusunda məruzəsi dinlənilib.
Bakı şəhərinin landşaft memarlığı əsasında qurulması müasir dövrün ən aktual məsələlərindən biridir. Məlumdur ki, Abşeron yarımadası neft və kimya sənayesi baxımından zəngin bir rayon hesab edilir. Bu bölgə təbii ağac və kol bitkilərinin taksonomik tərkibi baxımdan zəngin deyil. Bu baxımdan yeni gətrilmiş ağac-kol introdusentləri Abşeron florasının formalaşmasında mühüm rol oynayır. Abşeron yarımadasının şəhər və qəsəbələrinin, yeni salınan sənaye, yaşayış massivlərinin, yolların, körpülərin ətrafının yaşıllaşdırılmasında bir çox bəzək bitkilərindən istifadə bəzək memarlığı ilə yanaşı, həm də insanların sosial şəraitinin yaxşılaşdırılmasında, istirahətlərinin təşkilində əsas amildir. Bu tip yaşıllıqlar bitki genefondunun mühafizəsində, biomüxtəlifliyin artırılmasında, ekoloji tarazlığın bərpasında da mühüm rol oynayır.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycana yeni dekorativ əhəmiyyətli bitkilərin gətirilərək introduksiya edilməsi Abşeron şəraitində onların iqlim faktorlarından asılı olaraq bioloji xüsusiyyətlərinin öyrənilməsi, perspektivli növlərin aşkar edilərək istifadə imkanlarının müəyyən edilməsi tədqiqatçılar qarşısında duran ən vacib məsələlərdən biridir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, tərəfimizdən Rusiya Elmlər Akademiyasının Baş Botanika Bağından toxum yolu ilə ilk dəfə olaraq Azərbaycana Şərqi Asiya florasına aid 17 yeni növ ( Hydrangea bretschneideri Dippel, Abies sachalinensis F.Schmidt, Picea jezoensis (Siebold &Zucc) Carr., Buddleja japonica Hemsley, Picea gemmata Rehder & E.H.Wilson, Maackia amurensis Rupr., Tetradium daniellii (Benn.) T.G.Hartley, Abies koreana E.H.Wilson., Padus maackii (Rupr.) Komarov., Thujopsis dolobrata (Thunb.ex L.f.), Microbiota decussata Kom., Clematis fusca Turcz., Clerodendrum trichotomum Thunb., Stranvaesia davidiana Decne., Chamaecyparis pisifera (Siebold & Zucc.), Taxus cuspidata (Siebold & Zucc.), Thelycrania alba (L.) Pojark. ) tərəfimizdən gətirilərək, Mərkəzi Nəbatət Bağının təcrübə sahəsində qapalı məkanda əkilmişdir. Hal-hazırda həmin bitki növləri Mərkəzi Nəbatat Bağında xüsusi ayrılmış açıq sahəyə köçürülmüşdür. Tədqiqatın materialları, şəraiti və metodikası tədqiq edilmişdir. Həmçinin eksperimental işlərin yerinə üçün müasir metodlar araşdırılaraq istifadə edilmişdir.
Tədqiq olunan bitkilərin ex situ və in situ şəraitində böyümə və inkişaf xüsusiyyətlərinin tədqiqi öyrənilmişdir. Tədqiqat işini yerinə yetirərkən tədqiq olunan bitkilərin həyat tsiklinin demək olar ki, bütün inkişaf dövrlərini (latent dövr istisna olmaqla) əhatə etmişdir. Tədqiq olunan bitkilərin taksonomiyası, xarakteristikası və bioekoloji xüsusiyyətləri, tədqiq olunan bitkilərin vegetativ və generativ çoxalma xüsusiyyətləri öyrənilmişdir. Bununla yanaşı tədqiq olunan bitkilərin abiotik və biotik amillərə qarşı münasibəti tədqiq edilmişdir. Tədqiq olunan bitkilərin işığa və küləyə münasibətinə, suya olan tələbatına görə qruplaşdırılması aparılmışdır. Həmçinin istilik dəyişmələrinin bitkilərə təsiri tərəfimizdən öyrənilmişdir.
Tədqiqat bitkilərinin həyat göstəricilərinə görə ex situ şəraitində obyektiv şkaladan istifadə etməklə perspektivliyinin qiymətləndirilməsi həyata keçirilmişdir. Tədqiq olunan Şərqi Asiya mənşəli ağac və kol növlərinin sənaye əhəmiyyəti və yaşıllaşdırmada istifadə formaları müəyyən edilmişdir.
Sonra seminar iştirakçılarının çoxsaylı sualları cavablandırıldı
Son XƏBƏRLƏR
19.11.2024 | 20:37
"Azərbaycan müəllimi" qəzetinə müsahibə verilib
16.11.2024 | 16:47
“Seaspiracy” sənədli filminin nümayişində iştirak edilib
16.11.2024 | 16:35
“Uşaqların sağlamlığı naminə təmiz hava” adlı tədbirdə iştirak edilib
07.11.2024 | 18:06
“Yaşıl Vətən, yaşıl dünya” adlı tədbir-sərgidə iştirak edilib
07.11.2024 | 15:03