Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilib

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şanlı Zəfərinin təbliği və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə “BDU Könüllüləri” təşkilatının Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə könüllülərinin təşəbbüsü ilə 8 noyabr – Zəfər Günü ərəfəsində Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilib.
Tələbələr ekskursiya çərçivəsində 44 günlük Vətən müharibəsində ordumuzun qəhrəmanlıq yolunu, azad edilmiş torpaqlardan gətirilmiş hərbi texnikaları və müxtəlif qənimət nümunələrini yaxından müşahidə ediblər.
Ekskursiya zamanı tələbələrə Hərbi Qənimətlər Parkının yaradılma məqsədi, nümayiş olunan eksponatların mənası və Vətən müharibəsinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Ekskursiyanın sonunda tələbələr öz təəssüratlarını bölüşərək, Vətən müharibəsində əldə olunan Zəfərin hər bir azərbaycanlının qürur mənbəyi olduğunu vurğulayıblar.