Müəllim-tələbə heyəti Acınohur düzündə ceyranların təbiətə buraxılması prosesində iştirak ediblər
6 Mart 2024 22:48

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim-tələbə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Acınohur düzündə ceyranların təbiətə buraxılması prosesində iştirak ediblər.
Acınohur düzünün Qax Dövlət Təbiət Yasaqlığına aid ərazisinə 8 baş ceyran buraxılıb.
Ceyranların mühafizəsi, tarixi areallarının bərpası, reintroduksiyası, populyasiyalarının formalaşmasına töhfə vermək məqsədi daşıyan bu addım bölgənin biomüxtəlifliyində böyük rol oynayacaq. Qeyd olunub ki, 1950-ci illərdə bu yerlərdə nəsili kəsilmiş ceyranların sayının artırılmasına 12 il əvvəldən başlanılıb, hazırda onların sayı 345-ə çatıb. Ceyranlar üçün 3 süni su mənbəyinin (nohurun) yaradılması, yem üçün ot və digər bitkilərin ayrı-ayrı sahələrə səpilməsi, mühafizəsi, qorunması istiqamətində tədbirlər görüləcək.
Son XƏBƏRLƏR
08.07.2026 | 15:57
Elmi seminar keçirilib
19.06.2026 | 14:59
Elmi-tədqiqat işləri həyata keçirilib
05.06.2026 | 16:06
Quba rayonununda çöl-tədris təcrübəsi keçirilib
04.06.2026 | 12:10
Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
02.06.2026 | 17:11