Maarifləndirici təlim keçirilmişdir
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində COP29 çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı RETSİ-nin məsləhətçisi Ayşən Əsədlinin təqdimatında “COP29 və Bakı şəhərində formalaşan tullantıların idarə olunması” mövzusunda maarifləndirici təlim keçirilmişdir.
Təlimçi çıxışında tullantı nədir? və onun növləri, tullantıların idarə olunması nədir? və niyə vacibdir?, qlobal tullantı problemi və onun ətraf mühitə təsiri, iqlim dəyişikliyi və tullantıların əlaqəsi, tullantıların idarə olunması metodları, tullantıların təkrar emalı, kompostlaşdırma və tullantının enerjiyə çevrilməsi, tullantıların idarə olunmasında beynəlxalq əməkdaşlıq, tullantıların idarə olunmasında fərdi məsuliyyət və COP29 nədir? onun tullantıların idarə olunmasında rolu istiqamətləri üzrə ətraflı məlumat vermişdir.
Sonda iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır