“Layihələrin idarə edilməsi və yazılması” mövzusunda təlim keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə “Layihələrin idarə edilməsi və yazılması” mövzusunda təlim keçirilib.
Təlim Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin MyGrant layihəsinin koordinatoru Heydər Mirzəyev tərəfindən aparılıb.
Təlimin ikinci hissəsində iştirakçılar komandalara bölünərək qrup işləri həyata keçiriblər. Komanda fəaliyyəti zamanı tələbələr ekoloji mövzularda layihə təklifləri hazırlayıb və yaradıcı yanaşmalar irəli sürüblər.
Təlimin əsas məqsədi tələbələrə layihələrin idarə edilməsi, layihə yazılışı üzrə düzgün metodologiyanın öyrədilməsi, eləcə də müxtəlif qrant müsabiqələrinə effektiv şəkildə müraciət etmə bacarıqlarının aşılanması olub.