Konfransda iştirak edilib
12-14 mart 2024-cü il tarixlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı ilə Bakı Su Həftəsi Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, kafedranın əməkdaşları, dosentlər Təranə Əliyeva, Fətəli Hüseynov və Aytən Səmədova iştirak ediblər.
Konfransın “Ekologiya sahəsində yeniliklər” adlı III panel müzakirəsində kafedra müdiri, professor Sevinc Hacıyeva məruzə ilə çıxış edib. Professor Sevinc Hacıyeva Azərbaycan ərazisində su hövzələrinin və torpaqların çirklənməsi vəziyyətinin qənaətbəxş olduğunu deyib. Bildirib ki, Azərbaycanın şirin su ehtiyatları əsasən transsərhəd çayları hesabına formalaşır. Kür və Araz çaylarının Azərbaycandan keçən hissəsində aparılan elmi tədqiqatların nəticələri göstərir ki, sular çirkləndirilmiş halda ölkəmizə daxil olur.
Torplaqların çirklənməsinin qənaətbəxş dərəcədə olduğunu deyən professor Sevinc Hacıyeva çirklənmənin əsasən Bakı və Abşeronda SSRİ dönəmində neft hasilatı zamanı əmələ gəldiyini vurğulayıb. Bakının “Qara şəhər” adlanan tarixi hissəsini yenidən qurmaq məqsədilə ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na əsasən, Bakı Ağ Şəhər ekoloji şəhərsalma layihəsi həyata keçirilib. Aparılan quruculuq işləri nəticəsində ekoloji cəhətdən tam sağlam məkan olan "Ağ şəhər" qurulub.
Ekoloji kimya kafedrasının dosenti Fətəli Hüseynov konfransın “Azərbaycanda su təsərrüfatında müasir trendlər və inkişaf planları” adlı panel müzakirəsində “İstehsalat tullantı sularının təmizlənməsində yeni metodlar” mövzusunda çıxış edib.