İNTERAKTİV DƏRS KEÇİRİLMİŞDİR
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin III kurs tələbələrinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Geologiya Muzeyində "Ekoloji kartoqrafiya və coğrafi informasiya sistemləri" fənni üzrə interaktiv dərs keçirilmişdir.
Dərs zamanı Coğrafi ekologiya kafedrasının dosenti Lalə Bayramova mineral ehtiyatların aşkar edilməsi, onların hasilatı və iqtisadiyyatda tətbiqi barədə ətraflı məlumat vermişdir. Dərsdə ölkənin mürəkkəb geoloji quruluşu, müxtəlif eralara və dövrlərə aid faydalı qazıntı, potensial xammal yataqlarının perspektivləri, təbiət-istehsalat münasibətlərinin iqtisadi rentabelliyi ilə yanaşı, təbii müvazinətin qorunmasının aspektləri təhlil edilmiş, tələbələrin sualları cavablandırılmışdır.
Sonra tələbələr muzeydəki eksponatlarla tanış olmuşlar.