I kurs tələbələri ilə görüş keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin I kurs tələbələri ilə görüş keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü olaraq açan dekan Akif Ağbabalı Ekologiya və torpaqşünaslıq fakültəsinin yaranmasının zəruriliyindən, fakültədə mövcud olan hər bir ixtisasın önəmindən, ixtisaslar üzrə məzun olanların əmək bazarındakı məşğulluq göstəricilərini ətraflı təhil edərək yeni qəbul olmuş tələbələrin diqqətinə çatdırıb.
Sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin tarixi haqqında videoçarx nümayiş olunub.
Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva, Bioekologiya kafedrasının müdiri professor Nərminə Sadıqova, Coğrafi ekologiya kafedrasının müdiri Məhluqə Yusifova, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi, a.ü.f.d. Qismət Xanbabayev və Coğrafi ekologiya kafedrasının professoru Şövqi Göyçaylı I kursa qəbul olmuş tələbələri təbrik edib, onlara təhsil və gələcək kariyeralarında uğurlar arzulayıblar.
Təbdirin davamında Bakı Dövlət Universitetinin tələbə təşkilatlarının və BDU Könüllülərinin Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə sədrləri Xəyal Əsədov, İbrahim Novruzov, Raul İmanov və Rəvan Hacıyev təqdimatla çıxış edərək Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Elmi Cəmiyyəti və BDU Könüllüləri təşkilatlarının mahiyyəti haqqında məlumat verərək, gənclərin yaradıcı və asudə vaxtlarının səmərəli keçirilməsi ilə bağlı yerinə yetirdikləri layihələrdən danışıblar.