"Heydər Əliyev və İdman Siyasəti" adlı tədbir keçirilmişdir
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının Təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və İdman Siyasəti" adlı tədbir keçirilmişdir.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini Könül Aslanova Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanında inkişafına diqqətlə yanaşmağından və gələcək İnkişaf prespektivləri ciddi nəzərə almağından söz açdı. Daha sonra Ulu Öndər Heydər Əliyevin idmançılara Yüksək qayğı göstərməyindən bəhs etdi.
Daha sonra Bakı Dövlət Universitetinin tələbələrindən Şamilov Cavid İdmanda qazandığı nailiyyətlər haqqında çıxış etdi. Sonra fakültənin Tələbə Gənclər Təşkilatının hazırladığı videoçarx təqdim edildi. Sonda fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Bayram Əlizadə tanınmış şəxslərin Heydər Əliyev haqqında dedikləri fikirlərdən statlar gətirdi.