"Gənc Torpaqşünaslar Klubu" layihəsinin ilk təlimi
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə "Gənc Torpaqşünaslar Klubu" Layihəsinin ilk təlimi baş tutub.
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dosenti Cəsarət Şabanov tərəfindən "Torpağı əkindən öncə yararlı hala gətirmək üçün nələr lazımdır" mövzusunda təlim keçirilib.
Təlim zamanı torpağın əsas xassəsi olan münbitliyinin formalaşması və inkişafını müəyyən edən ətraf mühitlə qarşılıqlı əlaqəsi, torpaqdan kənd təsərrüfatında səmərəli istifadənin yolları və torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyi və ümumi olaraq yararlı hala gətirməyin əlverişli yolları haqqında məlumat verilib.