FHN-nin Akademiyasında seminarda iştirak edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 03.06.2024-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Avtomobil konstruksiyasında dövri dəyişikliklər və xilasetmə problemləri” mövzusunda III seminar keçirilib. Seminar çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Müasir dövrdə ekoloji təmiz elektromobillərdən istifadənin stimullaşdırılması və təşviqi” mövzusunda sərgi təşkil olunub.
Seminarda Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının k.e.d., professor Qiyas Bayramov və dosent Təranə Əliyeva iştirak ediblər. Seminarın Plenar iclasında Qiyas Bayramov “İşlənmiş qazların zərərli komponentlərinin insan orqanizminə və ətraf mühitə təsiri” mövzusunda çıxış edib.