Festival-konqresdə iştirak edilmişdir
23-24 noyabr 2023-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən festival-konqres keçirilmişdir.
Festival-konqresdə Bakı Dövlət Universiteti rektorunun rəhbərliyilə geniş tərkibdə nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinin tərkibində Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı və Coğrafi ekologiya kafedrasının dosenti Tahir İbrahimov da iştirak etmişdir.
Konqres-festival öz fəaliyyətini bölmələrində davam etdirmişdir. Dekan Akif Ağbabalı “Qərbi Azərbaycanın torpaqları və onun coğrafiyası” və dosent Tahir İbrahimov “Zəngəzur qəzasının toponimləri” mövzularında elmi məruzələrlə çıxış etmişlər. Həmçinin Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində olaraq gələcək əməkdaşlıqlar barədə ilkin müzakirələr aparmışlar.