Doktorant tədqiqat təcrübəsində iştirak edəcək
Bakı Dövlət Universitetinin (BDU) tələbə və gənc tədqiqatçıları BDU-nun tərəfdaşı olduğu Avropa Birliyinin 2019-2023-cü ilər üzrə nəzərdə tutulan “Azərbaycanda fövqəladə ekoloji vəziyyətin həllinə yönəlmiş 3-cü pillə ali təhsilə dəstək məqsədilə yaradılan innovativ təlim mərkəzi (Innovative Training Center to support a 3rd cycle Advanced Education Course to face Environmental Emergency in Azerbaijan (ITACA)) adlı layihəsində fəal iştirak edirlər. Belə ki, layihə çərçivəsində yaradılan İnnovativ Təlim Mərkəzinin tələbəsi – Ekoloji kimya kafedrasının doktorantı Mədinə Nəbiyeva İspaniyanın Granada Universitetində 3 aylıq tədqiqat təcrübəsində iştirak edəcək.
ITACA layihəsinin BDU üzrə rəhbəri Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Rafik qızı Hacıyevadır.