Fakültə tələbəsi işə götürülmüşdür
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə IV kurs tələbələri 16 fevral 2024-cü il tarixindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və onun qurumlarında istehsalat təcrübəsi keçməkdədirlər. İstehsalat təcrübəsi 12 aprel 2024-cü il tarixinədək davam edəcəkdir. Lakin istehsalat təcrübəsi bitməmiş, keçən təxmini bir ay müddət ərzində tələbələr arasından Elxan Hüseyinov ixtisas üzrə bilik və bacarıqlarına, həmçinin xarici dil biliyi, ümumi dünyagörüşü və davranışına görə nazirlikdə xüsusi diqqət çəkmişdir. Nəticədə Elxan Hüseyinov Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinə Baş məsləhətçi vəzifəsinə işə götürülmüşdür.
Tələbəmizi ürəkdən təbrik edir, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsi adından tələbəmizə verilən obyektiv dəyərə görə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nə təşəkkür edirik!