Həmkarlar İttifaqı təşkilatının yeni sədri seçilmişdir
23 Fevral 2024 22:48
-lg.jpg)
23.02.2024-cü il tarixində Ekologiya və torpaqşünaslıq fakültəsi Həmkarlar təşkilatının hesabat-seçki yığıncağı olmuşdur. Tədbirdə Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədr müavinləri prof. Məcnun Babayev və Akif Atakişiyev iştirak etmişdir.
İlk öncə Ekologiya və torpaqşünaslıq fakültəsinin Həmkarlar təşkilatının sədri Fidan Qasımlının hesabatı dinlənilmişdir. Daha sonra hesabat ətrafında prof. Məcnun Babayev, prof. Nazim Şəmilov, prof. Nərminə Sadıqova, dos. Azər Cəfərov və dos. Məhluqə Yusifova çıxış etmiş və müəyyən təkliflər vermişdir.
Sonda fakültə həmkarlar təşkilatının 7 nəfərdən ibarət yeni idarə heyəti seçilmişdir.
Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti Qoşqar Məmmədov fakültə həmkarlar təşkilatının sədri seçilmişdir.
Son XƏBƏRLƏR
08.07.2026 | 15:57
Elmi seminar keçirilib
19.06.2026 | 14:59
Elmi-tədqiqat işləri həyata keçirilib
05.06.2026 | 16:06
Quba rayonununda çöl-tədris təcrübəsi keçirilib
04.06.2026 | 12:10
Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
02.06.2026 | 17:11