ƏMƏKDAŞLARIMIZ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının əməkdaşları dosent Elmina Qədirova və k.ü.f.d. Fərqanə Əliyeva Türkiyənin Antalya şəhərində İzmir Texnologiya İnstitutunun təşkilatçılğı ilə “Ətraf mühit kimyası” V Beynəlxalq Elmi Konfransda iştirak ediblər.
Konfransda Dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş tanınmış alimlərdən prof. Jacob de Boer (University Amsterdam-Netherlands), prof. Miquel de la Guardia (University of Valensia, Spain), prof. Mustafa M. Dəmir (Türkiyə), prof. Gerhard Lammel (Max Planck İnstitute for Chemistry, Germany), Assos prof. Zeynep Çetecioğlu-Gurol (KTH Royal İnstitute of technology Sweden), PhD Karla Pozo (Masacyk University, Czechia), prof. Selahattin İncecik (İstanbul Technical University) və başqaları elmi məruzə ilə çıxış ediblər.
EnviroChem 2023-ün əsas məqsədi kimya və ekoloji kimya sahəsindəki alim və ekspertlərin arasındakı elmi əməkdaşlığın və əlaqələrin daha da inkişaf etdirilməsidir. Sonda konfransın sədri prof. Aysun Sofuoğlu bütün iştirakçılara maraqlı və yaddaqalan çıxışlara görə öz minnətdarlığını bildirib.
BDU əməkdaşlarından Fərqanə Əliyeva “Fe3+ -in mikromiqdarının neft şlamında yeni reagentlə təyini” və Elmina Qədirova “GO+TiO2 və Al2O3 sistemlərində fotokimyəvi reaksiyalar” mövzularında öz elmi tədqiqat işlərini uğurla təqdim edərək sertifikatla təltif ediliblər.