Elmi seminar keçirilib

Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının doktorantı Günel Heydərzadənin “Kosmik texnologiyalar əsasında Laçın, Qubadlı və Zəngilan rayonları ərazilərində rütubətliliyin MNDW indeksi vasitəsilə ekoloji qiymətləndirilməsi” mövzusunda elmi seminarı keçirilib.
Günel Heydərzadə arxiv materialları, CİS texnologiyaları və kosmik təsvirlərdən istifadə edərək tədqiqat ərazisinin relyefi, iqlimi, hidroqrafiyası, bitki örtüyü və torpaq ehtiyatlarını tədqiq etmiş, nəticələri sistemləşdirilmiş və xəritələşdirilmişdir. G.Heydərzadə Tədqiqatları zamanı əsasən Laçın, Qubadlı və Zəngilan rayonları ərazisinin hidroloji vəziyyətində baş verən dəyişikliklərin meşə-bitki örtüyünə təsirini araşdırıb. Tədqiqatlar əsasən 2000 və 2021-ci illəri əhatə edən peyk təsvirləri əsasında yerinə yetirilib. Nəticədə meşə-bitki örtüyünün (-1-1 mkm aralığında olan dalğa uzunluqlarında) illər üzrə dəyişməsinin dinamikası müəyyən edilib. Belə ki,
1) Su obyektində – rütubətli torpaqlar artan zaman 11,39ha(↑), azalan zaman 0,72ha(↓), nisbi sabit olan zaman 0,99ha(↑), susuz sahələr artan zaman 8,85ha(↓), azalan zaman 3,1ha(↑), nisbi sabit qalan zaman isə 2,52ha(↓) olub.
2) Dağ növləri, qum və qar - rütubətli sahələr artan zaman 5,34ha(↓), rütubətli sahələr azalan zaman 1210,24ha(↑), rütubətli sahələr nisbi sabit olan zaman 198,08ha(↓), susuz sahələr artan zaman 342,94ha(↓), susuz sahələr azalan zaman 109,76ha(↑), susuz sahələr nisbi sabit qalan zaman 1729,56ha(↓) olub.
3) Meşəsiz ərazilər - rütubətli sahələr artan zaman 262,52 ha(↑), azalan zaman 7815,68ha(↑), nisbi sabit qalan zaman 94,65ha(↑), susuz sahələr artan zaman 7894,33ha(↑), susuz sahələr azalan zaman 327,94 ha(↓), susuz sahələr nisbi sabit qalan zaman 27507,39ha(↑)olub.
4) Kolluqlar və otlaqlar - rütubətli sahələr artan zaman 223,93ha(↓), azalan zaman 41787,72ha(↑), nisbi sabit qalan zaman 8540,82ha(↑), susuz sahələr artan zaman 42520,77 ha(↑), azalan zaman 306,78ha(↓), nisbi sabit qalan zaman 5714,9ha(↓)olub.
5) Çılpaq və seyrəlmiş ağac və kol bitkilərində - rütubətli sahələr artan zaman 621,56ha(↑), azalan zaman 2447,95ha(↑) nisbi sabit qalan zaman 31534,19ha (↑), susuz sahələr artan zaman 2388,67ha(↑), azalan zaman 604,2ha (↑), nisbi sabit qalan zaman 5147,86ha(↑) olub.
6) Seyrək meşələrdə - rütubətli sahələr artan zaman 190,71ha(↓), rütubətli sahələr azalan zaman 32304,2ha(↓), nisbi sabit qalan zaman 32913,2ha (↓), susuz sahələr artan zaman 51342,24 ha(↓), susuz sahələr azalan zaman 127,8ha(↓), nisbi sabit qalan zaman 14744,1ha(↓) olub.
7) Güclü sıx bitki örtüyü (meşə) - rütubətli sahələr artan zaman 7,11ha(↓), rütubətli sahələr azalan zaman 3632,42ha(↓), nisbi sabit qalan zaman 7060,52 ha(↓), susuz sahələr artan zaman 3633,05 ha(↓), susuz sahələr azalan zaman 6,21ha(↓), nisbi sabit qalan zaman isə 171,27 ha(↓) olub.