Elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş tədbirlər çərçivəsində “Həkəri çayı hövzəsində AFRİ-1600 indeksinin müəyyən olunmuş qardasiyalar üzrə dəyişkənliyin müqayisəli təhlili” mövzusunda elmi seminar keçirilib.
Məruzəçi, Coğrafi ekologiya kafedrasının sabiq doktorantı Günel Heydərzadə mövzu ilə bağlı çıxış edib. O, Həkəri çayının hövzəsi boyunca aerozol hissəciklərinin ərazi, coğrafi relyef örtüyü və meşə landşaftı üzrə yayılmasının indeks əmsallarına əsasən müqayisəli təhlili barədə ətraflı məlumat verdi. Meşə örtüyünün çay hövzəsi və coğrafi zonallıq üzrə paylanmasını xəritə materialları əsasında təhlil edərək, ərazinin coğrafi məkan göstəriciləri ilə meşə örtüyünün indeks uzlaşması istiqamətində əldə edilən tədqiqat nəticələrini seminar iştirakçılarının nəzərinə çatdırıb.
Seminar müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.