Elmi seminar keçirilib

Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti Elmi seminar keçirilib. Elmi seminarda Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti Qoşqar Məmmədov "Qida təhlükəsizliyində aqrokimyəvi tədqiqatların rolu və əhəmiyyəti" mövzusunda çıxış edib.
Məruzəçi çıxışında müasir dövrdə qida çatışmazlığının bütün dünyada olduğu kimi Azərbaycanda da qida təhlükəsizliyi məsələsi baxımından aktual olduğunu bildirib. Məruzəçi tədqiqatının əsas məqsədi kimi qida təhlükəsizliyində aqrokimyəvi tədqiqatların rolu və əhəmiyyətindən danışıb. O, aqrokimya elminin aqrar elmlər sahəsində o cümlədən qida təhlükəsizliyindəki rolu və yerini elmi cəhətdən əsaslandırıb, bu sahədə işlərin daha əhəmiyyətli olduğunu bildirib.
Qoşqar Məmmədov tədqiqatı çərçivəsində ərzaq təhlükəsizliyi ilə qida təhlükəsizliyi arasında qarşılıqlı əlaqəni göstərib və qida təhlükəsizliyi və qida mühəndisliyi ixtisaslarında kadrların hazırlanmasında aqrar elmlərin, xüsusilə aqrokimyanın tədrisə cəlb edilməsinin vacibliyi vurğulayıb. Məruzəçi həmçinin, kənd təsərrüfatında insanlar tərəfindən birbaşa qida kimi istifadə edilən bir çox meyvə və tərəvəz bitkiləri məhsulları, o cümlədən pomidor, xiyar, bibər, tərəvəz bitkiləri (göyərtilər) həmçinin meyvə, gilemeyvə və bostan bitkiləri vardır ki, bu da qida təhlükəsizliyinin aqrokimya və digər kənd təsərrüfatı elmləri ilə birbaşa əlaqəsini göstərib.
Seminarın sonunda məruzəçi iştirakçıların suallarını cavablandırılıb, mövzu ətrafında geniş elmi fikir mübadiləsi aparılıb.