Elm Gününə həsr edilmiş tədbir keçirilmişdir
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 27 Mart - Elm Gününə həsr edilmiş tədbir keçirilmişdir. İlk öncə çıxış edən dekan Akif Ağbabalı Azərbaycan Respublikasında “Elm günü” nün təsis edilməsinin əhəmiyətindən danışaraq bildirib ki, əlamətdar tarix ilə əlaqədar ölkəmizin ali təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında müasir elmin aktual problemlərinə həsr olunmuş silsilə tədbirlər - elmi konfranslar, seminarlar, simpoziumlar, mühazirələr, dəyirmi masalar keçirilir. Bu ənənə ölkə alimlərini bir araya gətirməklə əldə olunan elmi nəticələrin müzakirəsinə imkan yaradır. Çıxışında Akif Ağbabalı 2023-cü il üzrə BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin elmi fəaliyyətinin məhsuldar olduğunu bildirmişdir. Belə ki, təqvim-hesabat ili üzrə16 elmi seminar, 8 ustad dərsi, 155 məqalə (1-i Q1, 7-si Q3, 6-sı Q4 kvartil jurnalda nəşr edilmiş), 105 tezis, 1 dərslik, 2 dərs vəsaiti, 2 monoqrafiya, 1 patent, 1 Beynəlxalq və 1 Respublika qrantı və 1 Respublika Elmi Konfransının keçirildiyini qeyd etmişdir. Həmçinin fakültə əməkdaşlarının 5 beynəlxalq elmi (2 oflayn + 3 onlayn) konfransda iştirak etdiyini bildirmişdir.
Daha sonra Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva, Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri professor İsmayıl Əliyev, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti Azər Cəfərov və Coğrafi ekologiya kafedrasının professoru Şövqi Göyçaylı çıxış etmişdirlər. Çıxışçılar Azərbaycanda və dünyada elm və təhsilin formalaşması və inkişaf tarixindən, ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan bəhz etmişdirlər.