Ekskursiya təşkil olunub
Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “22 May - Bioloji Müxtəlifliyin Qorunması Günü”nə həsr olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (ARETN) Zooloji İnstitunun Zooloji Muzeyinə" ekskursiya təşkil olunub.
Ekskursiya zamanı tələbələrə ARETN -nin Zooloji muzeyin müdiri Səbinə Bünyatova tərəfinfən ətraflı məlumat verilib. Ayrı ayrı dövrlərə aid müxtəlif ekosistemlərdə yaşayan heyvanların həyat tərzi, qorunma üsulları və təbiətdəki rolu haqqında tələbələrə ətraflı məlumat verilib.
Ekskursiyanın məqsədi tələbələrin heyvanlar aləmi, onların yaşayış mühiti, davranış xüsusiyyətləri və ekologiyası haqqında praktiki biliklərini artırmaq olub. Muzeyin eksponatları arasında nadir heyvan skeletləri və modelləri yer alır ki, bu da tələbələrin marağına səbəb olub.
Ekskursiya müddətində tələbələr bələdçilərin müşayiəti ilə muzeyin əsas bölmələrini gəziblər.