Ekskursiya təşkil olunub

Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tələbələr üçün Azərbaycan Milli İstiqlal Muzeyinə ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi tələbələrə Azərbaycanın dövlətçilik tarixi, istiqlal mübarizəsi və suverenlik uğrunda əldə edilmiş nailiyyətlər haqqında daha geniş məlumat vermək, onlarda milli kimlik və vətənpərvərlik ruhunu gücləndirmək olub.
Muzeyin bələdçiləri iştirakçılara Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, Konstitusiyanın formalaşma mərhələləri, eləcə də müasir müstəqil dövlətimizin suverenliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat təqdim ediblər.
Ekskursiya zamanı tələbələr istiqlal dövrünə aid nadir sənədlər, dövlət rəmzləri, tarixi eksponatlar və fotoşəkillərlə yaxından tanış olublar.