“Ekoloji Psixologiya: İnsan niyə təbii mühiti məhv edir?” mövzusunda təlim

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Ekologiya və torpaqşünaslıq və Sosial elmlər və psixologiya fakültələri üzrə üzvlərinin təşkilatçılığı ilə “Ekoloji Psixologiya: İnsan niyə təbii mühiti məhv edir?” mövzusunda təlim keçirilib.
Təlimdə universitetin Gender və Tətbiqi psixologiya kafedrasının müəllimi və klinik psixoloq Fidan Mütəllimova çıxış edib. O, iştirakçılara insan psixikasının ətraf mühitə münasibətin formalaşmasında rolu, ekoloji məsuliyyətin artırılması üçün tətbiq oluna bilən psixoloji strategiyalar və davranış modelləri haqqında ətraflı məlumat verib.
Təlimin əsas məqsədi insanların təbii mühitə qarşı dağıdıcı davranışlarının arxasında dayanan psixoloji səbəbləri araşdırmaq, ekoloji laqeydliyin psixoloji köklərini izah etmək və iştirakçılarda ekoloji şüurun inkişafına töhfə vermək olub.
Təlimin sonunda tələbələr mövzu ilə bağlı suallarını ünvanlayıb və müzakirə interaktiv şəkildə davam edib.