Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva N.A. Fiqurovskinin (1901-1986) 120 illik yubileyinə həsr olunmuş "История химии и химического образования: междисциплинарные отражения" adlı onlayn Elmi konfransda çıxış etmişdir
27 Noyabr 2021 18:43

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin təşkilatçılığı ilə Rusiyanın məşhur kimya tarixçisi N.A. Fiqurovskinin (1901-1986) 120 illik yubileyinə həsr olunmuş "История химии и химического образования: междисциплинарные отражения" adlı onlayn Elmi konfrans keçirilmişdir
Konfransda Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva "Научная химическая школа Р.А. Алиевой" adlı məruzə ilə çıxış etmişdir. Prof.Sevinc Hacıyeva çıxışında Azərbaycanın ilk analitik kimyaçı alimi Rəfiqə xanımın keçdiyi şərəfli ömür yolundan, onun kimya elminə verdiyi töhfələrdən bəhs etmişdir. Çıxış konfrans iştirakçıları tərəfindən maraqla dinlənilmiş və müzakirə edilmişdir. Onlar Rəfiqə Əliyevanın kimya elmində özunəmexsus imzası olmasını xüsusilə qeyd etmişlər. Konfransda Rəfiqə xanım Əliyevanın əziz xatirəsi hörmətlə yad edilmişdir.
Son XƏBƏRLƏR
08.07.2026 | 15:57
Elmi seminar keçirilib
19.06.2026 | 14:59
Elmi-tədqiqat işləri həyata keçirilib
05.06.2026 | 16:06
Quba rayonununda çöl-tədris təcrübəsi keçirilib
04.06.2026 | 12:10
Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
02.06.2026 | 17:11