Ekoloji kimya kafedrasında onlayn elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti onlayn elmi seminar keçirilib. Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti, doktorantlar, magistrlər və fakültənin digər əməkdaşları iştirak edib.
Seminarda Ekoloji kimya kafedrasının “Ekoloji kimya” ixtisaslaşması üzrə magistrantı Məğrurə İmanlının “Azərbaycanda bioqaz istehsalı və istifadəsinin ekoloji perspektivləri” və “Ətraf mühit kimyası” ixtisaslaşması üzrə magistrantı Firəngiz Əmirlinin “Plastik tullantıların ətraf mühitə təsirinin ekoloji qiymətləndirilməsi” mövzusunda məruzələri dinlənilib.
Məruzələrdə bioqazın alınma mənbələri, bioqazın istifadəsinin üstün və çatışmayan cəhətləri, Azərbaycanda bioqaz istehsalının və istifadəsinin ekoloji perspektivləri, plastik kütlələrin növləri, plastik kütlələrin istifadəsinin ekoloji təhlükəliliyi və emalı üsulları haqqında məlumat verilmişdir.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.