Ekologiya və torpaqşünaslıq fakültəsinin əməkdaşları “Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşmanın planlaşlaşdırılması və icrası məqsədi ilə Milli Uyğunlaşma Planına dəstək” layihəsinin növbəti tədbirində iştirak ediblər
Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova və Coğrafi ekologiya kafedrasının müdiri Akif Ağbabalı BMT-nin İnkişaf Proqramı (UNDP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşmanın planlaşlaşdırılması və icrası məqsədi ilə Milli Uyğunlaşma Planına dəstək” layihəsinin növbəti tədbirində (24-26 dekabr 2021, Qalaaltı) iştirak ediblər.
Seminarda BMT-nin İnkişaf Proqramının (UNDP) Baş Məsləhətçisi Çingiz Məmmədov, layihə meneceri Zaur Əliyev, Milli İqlim Dəyişikliyi üzrə hüquq eksperti Şamil Hüseynov, Su ehtiyatlarının Zəifliyi və Uyğunlaşma üzrə Milli Məsləhətçi Rövşən Abbasovun məruzələri dinlənilərək müzakirələr aparılmışdır.