Ekologiya və torpaqşünaslıq fakültəsinin dosentləri elmi konfransda iştirak ediblər.
Ekologiya və Torpaqşünaslıq fakültəsinin dosentləri Məhluqə Yusifova və Leyli Kərimova Türkiyənin Ərzurum şəhərində Atatürk Universitetində 13-17 oktyabr 2021-ci il tarixində keçirilən “International Conference on Food, Agriculture and Animal Sciences (ICOFAAS 2021-Virtual) Beynəlxalq elmi konfransda iştirak ediblər.
Əsas məqsədi qida, əkinçilik və zoologiya elmləri sahəsində bilik və tədqiqat nəticələrini paylaşmaq olan konfransda dünyanın 21 ölkəsindən olan universitetlərdən 197 alim və mütəxəssis iştirak etmişdir. Konfransda əməkdaşlarımız “Agroecological Assessment of Soils Under Vineyards of Goygol Region of Azerbaijan” mövzusunda məruzə ilə çıxış ediblər.